bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Real Sosyedad” liderliyini qorudu

30.11.2020 11:13 Oxundu 429


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.

“CEMPİON.AZ” xəbər verir ki, komanda 11-ci turda səfərdə lider "Real Sosyedad"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

"Real Sosyedad" - "Vilyarreal" - 1:1
Qollar: Moreno, 6-pen (0:1), Oyarzabal, 33-pen (1:1)

Bu nəticədən sonra "Real Sosyedade" 24 xalla liderliyi qoruyub, "Vilyarreal" isə 20 xalla 3-cü pillədə qərarlaşıb. 23 xalı olan "Atletiko" 2-cidir.

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"a İstanbulda keçirilən matçda 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında İspaniyadakı görüş dekabrın 10-u oynanılacaq.