bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Ərzurum BB” baş məşqçisini istefaya göndərib

30.11.2020 13:11 Oxundu 441


Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası reallaşıb.

“CEMPİON.AZ” xəbər verir ki, “Ərzurum BB” Mehmet Özdileklə yollarını ayırıb.

Super Liqanın X turunda “Antalyaspor”la heç-heçədən (2:2) sonra rəhbərlik 54 yaşlı mütəxəssisi istefaya göndərmək qərarına gəlib. Onu kimin əvəz edəcəyi hələlik qeyri-müəyyəndir.

Qeyd edək ki, 9 oyunda 9 xal toplayan “Ərzurum BB” turnir cədvəlinin 17-ci pilləsində yer alıb.