bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Kavani cəzalandırılacaq

30.11.2020 14:25 Oxundu 426
 
İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Edinson Kavani haqda araşdırmaya başlanılıb.

“CEMPİON.AZ” xəbər verir ki, buna uruqvaylı futbolçunun irqçi ifadə işlətməsi səbəb olub.
Premyer Liqanın X turunda 2 qol, 1 assistlə “Sauthempton” üzərində əzmkar qələbənin (3:2) memarı olan forvard qarşılaşmadan sonra instaqram səhifəsində ona təbrik yazan azarkeşlərdən birinə “təşəkkür edirəm, qara” cavabını verib. Düzdür, 33 yaşlı oyunçu sonradan yazdığını silib. Lakin İngiltərə Futbol Assosiasiyası hadisəni araşdırmağa başlayıb.

Kavaninin bu səbəbdən 3 oyunluq diskvalifikasiya olunması gözlənilir.