bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Sulşerin yetirmələri Premyer Liqanın tarixinə düşdü

30.11.2020 16:21 Oxundu 417

 “Mançester Yunayted” klubu İngiltərə Premyer Liqasının tarixinə düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, “qırmızı şeytanlar” X turda “Sauthempton”la səfər matçında buna nail olub.
Sauthemptondakı görüşdə 2 top fərqi ilə geri düşməsinə baxmayaraq, yekunda 3:2 hesablı qələbə qazanan Ole-Qunnar Sulşerin yetirmələri son 4 səfər matçında əzmkar qalibiyyət əldə edərək, bunu bacaran ilk Premyer Liqa klubu ünvanına sahib çıxıb.

“Mankunianlar” “Brayton” (3:2), “Nyukasl” (4:1) və “Everton”la (3:1) səfər qarşılaşmasında da ilk qolu buraxan tərəf olub.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda 16 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.