çərşənbə, 24 aprel 2024

DÜNYA FUTBOLU

Çempionlar Liqasında daha bir ilk

30.11.2020 23:32 Oxundu 351


Çempionlar Liqası tarixində ilk dəfə oyunu qadın baş hakim idarə edəcək.

“CEMPİON.AZ” xəbər verir ki, qrup mərhələsinin 5-ci turunda keçiriləcək "Yuventus" - "Dinamo" (Kiyev) matçını fransalı Stefani Frappar idarədə edəcək.

Dekabrın 2-də oynanılacaq matçda Frappara həmyerliləri Hişam Zakrani və Medi Ramuni kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Kərim Abed yerinə yetirəcək.

Qeyd edək ki, Stefani bundan əvvəl bu ilin oktyabrında Avropa Liqasının qrup mərhələsinin "Lester" (İngiltərə) - "Zarya" (Ukrayna) görüşünü (3:0) də idarə edib.