cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

“Atletiko” “Bavariya” ilə oyuna itki ilə çıxacaq

01.12.2020 10:25 Oxundu 495

 "Atletiko"nun futbolçusu Luis Suares Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Bavariya" ilə oyunu buraxacaq.

“CEMPİON.AZ” "Marca"ya istinadən xəbər verir ki, buna səbəb uruqvaylı hücumçunun koronavirus testinin yenidən müsbət çıxmasıdır. Onun hələ də Madrid təmsilçisi ilə məşqlərdə iştirak etmədiyi bildirilib.

Qeyd edək ki, Suares noyabrın 17-i koronavirusa yoluxub.
Xatırladaq ki, "Atletiko" - "Bavariya" görüşü dekabrın 1-i Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.