bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Lester”dən gözlənilməz məğlubiyyət

01.12.2020 10:38 Oxundu 455

 İngiltərə Premyer Liqasında 10-cu tura yekun vurulub.

“CEMPİON.AZ” xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Liderlər qrupunda yer alan "Lester" gözlənilmədən evdə autsayder "Fulhem"ə uduzub.

Digər oyunda isə "Vest Hem" "Aston Villa"nı məğlub edib.

30 noyabr
"Lester" – "Fulhem" - 1:2
Qollar: Barnes, 86 – Lukman, 30. Kavalyero, 38-pen.
"Vest Hem" – "Aston Villa" - 2:1
Qollar: Oqbonna, 2. Bouen, 46 – Qriliş, 25.

Qeyd edək ki, turnir cədvəlinə 21 xalla "Tottenhem" başçılıq edir. "Liverpul" eyni xalla 2-cidir. "Çelsi" 19 xalla 3-cü, "Lester" 18 xalla 4-cüdür.