cümə axşamı, 26 mart 2026

DÜNYA FUTBOLU

“Mançester Siti” 17 yaşlı futbolçu transfer edəcək

01.12.2020 10:55 Oxundu 470


İngiltərənin “Mançester Siti” klubu heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi Argentinanın “Estudiantes” klubunun yarımmüdafiəçisi Dario Sarmentonu transfer etmək istəyir.

Mançesterlilər 17 yaşlı istedad üçün 19 milyon avro təklif edib. Dario “şəhərlilər”ə keçməyə razılıq verib. O, 2021-ci ilin iyununda İngiltərəyə yollanaraq gələcək karyerası barədə danışıqları yekunlaşdırmalıdır.