bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Sumqayıt” iki futbolçusunu itirdi

01.12.2020 11:10 Oxundu 480

“Sumqayıt” klubu itkilərlə üzləşib.

“CEMPİON.AZ” xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi iki futbolçusunun xidmətindən məhrum olub.

Bunlar Vurğun Hüseynovla Eltun Turabovdur. Hər iki futbolçu cəzalı duruma düşüb.
Onlar Premyer Liqanın XII turunun “Qəbələ” ilə görüşündə sarı vərəqə alıb. Bu, futbolçuların mövsümdə 4-cü xəbərdarlığı olub. Bu üzdən Vurğunla Eltun XIII turun “Zirə” ilə görüşünü buraxacaq.

Qeyd edək ki, XIII turu daha üç futbolçu buraxmalı olacaq. Bunlar “Keşlə”nin qırmızı vərəqə alan oyunçuları İlkin Qırtımovla Con Kamara və 4 sarı vərəqəsi olan “Zirə”nin yarımmüdafiəçisi Elvin Camalovdur.