bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Liverpul” yeni müdafiəçi alır

01.12.2020 11:52 Oxundu 460

İngiltərənin “Liverpul” klubu müdafiəçi axtarışlarını davam etdirir.

“CEMPİON.AZ” xəbər verir ki, zədə səbəbindən arxa xətdə ciddi problemlərlə üzləşən Premyer Liqa təmsilçisi Eder Militaonu heyətinə qatmaq qərarına gəlib. Mersisaydlılar 22 yaşlı braziliyalı müdafiəçinin keçidi ilə bağlı İspaniya “Real”ı ilə danışıqlara başlayıb. Militaonun transferinin 40 milyon avroya başa gələcəyi gözlənilir. 

Qeyd edək ki, “Liverpul” Vircil van Diyk və Co Qomesi uzun müddətə itirib.