bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın rəqibində ciddi itki

01.12.2020 12:14 Oxundu 447

 Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”ın qonağı olacaq “Makkabi” (Təl-Əviv) oyuna itkilərlə çıxacaq.

“CEMPİON.AZ” xəbər verir ki, cəzalı olduğu üçün matçı buraxacaq. İspaniyalı müdafiəçi “Vilyarreal”la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Bundan başqa, İsrail mətbuatı “Vilyarreal”la oyunda zədələnən yarımmüdafiəçi Dan Qlazerin də Ağdam klubu ilə görüşdə iştirak edə bilməyəcəyini yazıb.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.