01.12.2020 13:18
426


Fransa milli komandasının və PSJ-nin futbolçusu Killian Mbappeni transfer etmək niyyətində olan İspaniya “Real”ı bu keçidin reallaşmasında çətinliklə üzləşib.
“CEMPİON.AZ” xəbər verir ki, koronavirus pandemiyasının Madrid təmsilçisində yaratdığı maliyyə çətinlikləri transferin 2021-ci ilin yayında gerçəkləşməsini mümkünsüz edib.
Bu səbəbdən də “Real” Paris təmsilçisinə oyunçu dəyişikliyi təklif edib. Madridlilər yarımmüdafiəçisi Eden Azarı Fransa klubuna göndərməyə hazırdır. Belçikalının PSJ-yə keçidi Mbappe üçün daha az ödənməsinə imkan verəcək.