bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın oyununda dəyişiklik

01.12.2020 14:21 Oxundu 482

Ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ”  Peşəkar Futbol Liqasına müraciət ünvanlayıb.

“CEMPİON.AZ” PFL-in saytına istinadən xəbər verir ki, Avropa Liqasındakı oyunlarını neytral meydanda keçirən “Qarabağ” vaxt məhdudiyyəti səbəbindən “Qəbələ” ilə 6 dekabr saat 14:00-da keçiriləcək səfər oyununun ev, 3-cü dövrənin “Qarabağ” – “Qəbələ” (6 mart) oyununun “Qəbələ” – “Qarabağ” oyunu kimi qeydə alınmasını xahiş edib.

“Qəbələ” klubunun razılıq məktubunu nəzərə alan PFL müvafiq dəyişikliyi edib.
Dekabrın 7-da "Azərsun Arena"da keçirilək görüş saat 14:00-da başlayacaq.