cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

Premyer Liqa klubu fəaliyyətini dayandırdı

01.12.2020 15:16 Oxundu 523

 İngiltərənin “Nyukasl” klubu fəaliyyətini müvəqqəti dayandırıb.

“CEMPİON.AZ” Britaniya mətbuatına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi koronavirus pandemiyası səbəbindən bu addımı atıb.
 
Komandanın son koronavirus testində 5 nəfərin nəticəsi pozitiv olub. Onlardan 4-nün futbolçu, bir nəfərin isə klub işçisi olduğu bildirilib. Bu səbəbdən məşq bazasını bağlayan klub özünü karantinə alıb.