bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Zubir yubiley matçın keçirdi

01.12.2020 16:51 Oxundu 636

 “Qarabağ”ın futbolçusu Abdullah Zubir Premyer Liqada 50-ci oyununu keçirib. 

“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi yubileyini “Səbail”lə XI turun səfər matçında (1:1) qeyd edib. 
O, Azərbaycan çempionatında yalnız bir klubun – Ağdam təmsilçisinin şərəfini qoruyub. Zubir 50 oyunda 14 qol vurub. 

Debütü 2018/19 mövsümünə təsadüf edən fransalı 23 oyunda 6 dəfə fərqlənib. Ötən çempionatın 19 görüşündə 5 dəfə fərqlənən yarımmüdafiəçi cari mövsümdə 8 matçda 3 qola sevinib.

Qeyd edək ki, Zubir Premyer Liqada 2018-ci il sentyabrın 14-də “Sumqayıt”la ev matçında (1:0) debüt edib.