cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

Millinin baş məşqçisi istefa verdi

02.12.2020 11:27 Oxundu 515

 Kolumbiya milli komandası baş məşqçisi Karluş Keyruşla yollarını ayırıb.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Cənubi Amerika ölkəsinin futbol federasiyası açıqlayıb.

Qurumla mütəxəssis qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verib. Bununla da portuqaliyalı mütəxəssisin Kolumbiya yığmasındakı 2 illik fəaliyyəti başa çatıb.

Qeyd edək ki, 2019-cu il fevralın 7-də millinin sükanı arxasına keçən Keyroş komandanı 18 oyuna çıxarıb. Onun yetirmələri 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə uduzub.