bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ” Türkiyəyə yollandı

02.12.2020 11:52 Oxundu 461

Avropa Liqasının V turunda İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə qarşılaşacaq “Qarabağ” Türkiyəyə yola düşüb.

“CEMPİON.AZ” xəbər verir ki, Azərbaycan çempionunu İstanbula aparan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından qalxıb.

Bu gün mətbuat konfransı və matçın baş tutacağı arenada komandanın son məşqi olacaq.

Qeyd edək ki, sabah “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” - “Makkabi” qarşılaşması Bakı vaxtı ilə 21:55-də start götürəcək.