02.12.2020 12:48
431


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2020-ci ildə milli çempionatlarda ən çox qol vuran futbolçuların siyahısını açıqlayıb.
“CEMPİON.AZ” xəbər verir ki, ilin arxada qalan 11 ayının yekununa əsasən 23 ən yaxşı bombardir müəyyənləşib.
Cədvələ İtaliya “Yuventus”unun ulduzu Kriştiano Ronaldo başçılıq edir. Bir ay öncə 4-cü sırada olan portuqaliyalı 29 qolla zirvədə yer alıb.
İkinci sıraya şərik olan kubalı Marsel Ernandes (“Kartagines”, Kosta-Rika) və polşalı Robert Levandovski (“Bavariya”, Almaniya) liderdən bir top geri qalır.
Qeyd edək ki, siyahıda ən azı 19 qol vuranlar yer alıb.