bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Qarabağ”ın oyununu irlandlar idarə edəcəklər

02.12.2020 13:24 Oxundu 477

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) klubu ilə keçirəcəyi matçın hakimləri müəyyənləşib.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA oyuna İrlandiyadan olan hakimlər briqadasını göndərmək qərarına gəlib.
İstanbulda baş tutacaq qarşılaşmada Robert Hennessi ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Allen Linç və Emmet Dinan kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Maklauqlin yerinə yetirəcək.

Oyunun hakim inspektoru Deyan Filipoviç (Serbiya), UEFA nümayəndəsi Oktavian Qoqa (Rumıniya) olacaq.
Qeyd edək ki, dekabrın 3-də “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı  ilə 21:55-də start götürəcək.