bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Zidana vaxt verildi

02.12.2020 14:12 Oxundu 444

 İspaniyanın “Real” klubunun son oyunlardakı uğursuzluqları baş məşqçi Zinəddin Zidanın istefasını gündəmə gətirib.

“CEMPİON.AZ” xarici mətbuata istinadən xəbər verir ki, fransalı mütəxəssis istefa barədə düşünmədiyini açıqlasa da, klub rəhbərliyi ona 2 həftə vaxt verib.

Mütəxəssis bu müddətdə həm Çempionlar Liqası, həm La Liqada komandanın durumunu düzəltməlidir. Artıq Zidanın mümkün əvəzləyicisinin də müəyyənləşdiyi iddia edilir. Bu, uzun müddətdir madridlilərin maraq dairəsində olduğu Maurisio Poçettinodur. İstefa baş versə, fransalını məhz argentinalı əvəzləyəcək.