bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Rza Çalımbay koronavirusa yoluxdu

02.12.2020 15:48 Oxundu 520

 "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə 57 yaşlı mütəxəssis rəsmi tvitter hesabında paylaşım edib. O, test nəticəsinin müsbət olduğunu bildirib.

Karantinə alınan Çalımbay "Vilyarreal”la oyunda komandasına rəhbərlik etməyəcək.

Qeyd edək ki. "Sivasspor" 5-ci turda evdə İspaniya "Vilyarreal"ını qəbul edəcək. Qarşılaşma dekabrın 3-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.