bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Vest Hem” baş məşqçi ilə müqaviləni artırır

02.12.2020 16:54 Oxundu 610

Tanınmış mütəxəssis David Moyesin gələcək karyerasına aydınlıq gəlib.

“CEMPİON.AZ” xəbər verir ki, İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi fəaliyyətini bu komandada davam etdirəcək.

Klub rəhbərliyi mütəxəssislə müqaviləni uzatmağa qərar verib. Buna Moyesin uğurlu fəaliyyəti səbəb olub. Autsayder imici formalaşan komandanı ortabablar sırasına daşıyan mütəxəssis də “Vest Hem”də qalmağın tərəfdarıdır.

Qeyd edək ki, Premyer Liqanın X turundan sonra Moyesin yetirmələri 5-ci pillədə qərarlaşıb.