02.12.2020 17:22
435

İtaliyanın “Milan” klubu futbolçusu Frank Yannik Kessye ilə bağlı qərarını verib.
“CEMPİON.AZ” xəbər verir ki, A seriyası təmsilçisi Fil Dişi Sahilindən olan yarımmüdafiəçi ilə müqaviləni uzadacaq.
Hazırkı anlaşması 2022-ci ilin yayında başa çatacaq 23 yaşlı futbolçunun oyunu Milan təmsilçisinin rəhbərliyini tam qane edir. Bu üzdən də italiyalılar afrikalını daha uzun müddətə saxlamağa qərar verib. Yaxın günlərdə tərəflər müqaviləni rəsmiləşdirəcək.
Qeyd edək ki, Kessye cari mövsüm A seriyasında 9 oyuna 3 qol vurub.