bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Yenidən prezident seçilsəm” - Mustafa Cengiz

02.12.2020 17:58 Oxundu 421


Türkiyənin “Qalatasaray” klubunun prezidenti Mustafa Cengiz gələn il keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcək.

“CEMPİON.AZ” xəbər verir ki, futbol funksioneri artıq ilk vədini verib.

O, postunda qalacağı təqdirdə baş məşqçi Fatih Terimin müqavilə müddətinin uzadılacağını açıqlayıb: “Yenidən prezident seçilsəm, Terimlə sözləşmənin müddəti yenilənəcək. Onun müqaviləsi 3+2 illikdir. Burada qalsaq, əlavə iki il də qüvvəyə minəcək. Növbəti rəhbərliyin işini asanlaşdırmaq üçün belə addım atmışdıq. Ancaq Terim hər rəhbərliklə işləməz”.

Qeyd edək ki, “Qalatasaray”da prezident seçkiləri koronavirus pandemiyası səbəbindən gələn il fevralın 28-nə qədər keçirilməyəcək.