02.12.2020 18:35
436

Türkiyə klubu “Ərzurum BB”nin yeni baş məşqçisi bilinib.
“CEMPİON.AZ” xəbər verir ki, Super Liqa təmsilçisi Hüseyin Çimşirlə anlaşıb.
Komandanın mövsümə uğursuz start götürməsi çalışdırıcı Mehmet Özdilekin istefaya göndərilməsinə səbəb olub. Komanda onun rəhbərliyi altında keçirdiyi 9 oyunda cəmi 9 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində yer alıb.
Qeyd edək ki, Hüseyin Çimşir bu ilin yanvarından iyuluna qədər “Trabzonspor”a rəhbərlik edib.