şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

“Barselona”nın futbolçusu karantinə alındı

02.12.2020 19:30 Oxundu 434
 
İspaniyanın “Barselona” klubunun futbolçusu Serxi Roberto koronavirusa yoluxub.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, testinin nəticəsi pozitiv çıxan müdafiəçi karantinə alınıb və ümumi kollektivdən dərhal təcrid olunub. La Liqanın X turunda “Atletiko” ilə matçda zədələnən (0:1) sağ cinah oyunçusunun, onsuz da, bu üzdən təxminən 2 ay komandasına kömək edə bilməyəcəyi açıqlanıb.

Qeyd edək ki, Serxi Roberto bu mövsüm 10 oyunda 1 qol vurub, 2 məhsuldar ötürmə verib.