bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

"Məlum səbəblərə görə az oyunçumuz var” – “Qarabağ”ın məşqçisi

02.12.2020 17:05 Oxundu 439

"Məlum səbəblərə görə az oyunçumuz var. 13-14 sağlam futbolçu qalıb".

“CEMPİON.AZ” xəbər verir ki, bu sözləri "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda sabah "Makkabi" (Təl-Əviv) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün onu əvəzləyən məşqçi Mahir Emrelinin də virus səbəbindən sabahkı görüşdə iştirak etməyəcəyini bildirib: "Dua edirik ki, digər futbolçular sabaha tam hazır olsunlar".

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.