bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Olivye Jirudan rekord

03.12.2020 10:54 Oxundu 461


İngiltərənin “Çelsi” klubunun futbolçusu Olivye Jiru Çempionlar Liqasına rekorda imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, fransalı hücumçu turnirdə pokerə imza atan ən yaşlı futbolçu olub.

O, qrup mərhələsinin V turunun “Sevilya” ilə İspaniyadakı matçında komandasının bütün qollarına imza atıb – 4:0. Olivye bunu 34 yaşında gerçəkləşdirib. 

Qeyd edək ki, 5 turda 13 xal toplayan “Çelsi” qrup mərhələsini 1-ci yeri tutub.