şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Neymar Messi ilə komanda yoldaşı olmaq istəyir

03.12.2020 11:17 Oxundu 485

 “Ən çox istədiyim Messi ilə yenidən birlikdə oynamaqdan zövq almaqdır”.

“CEMPİON.AZ” xəbər verir ki, bunu Fransa PSJ-sinin braziliyalı ulduzu Neymar deyib.

O, 2013-17-ci illərdə “Barselona”da birlikdə çıxış etdiyi Lionel Messi ilə komanda yoldaşı olmaq arzusundadır: “Lionel mənim mövqeyimdə də oynaya bilər. Bu, mənim üçün problem deyil. Gələn il biz mütləq bunu edib bir yerdə oynamalıyıq”.

Qeyd edək ki, Messinin “Barselona” ilə müqaviləsi 2021-ci, Neymarın PSJ ilə anlaşması 2022-ci ilin yayında başa çatacaq.