03.12.2020 12:11
470

“Mançester Yunayted”in qapıçısı David de Xea yeni rekorda imza atıb.
“CEMPİON.AZ” xarici KİV-lərə istinadən xəbər verir ki, 30 yaşlı qolkiper buna Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda PSJ ilə matçda (1:3) iştirak etməklə nail olub. Bununla da, o, Avrokuboklarda çıxdığı oyunların sayını 58-ə çatdırıb. Bu isə “Mançester Yunayted”in futbolçuları arasında rekord hesab edilir.
İndiyədək ən yüksək göstərici Edvin van der Sara məxsus idi- 57 matç. 3-cü yerdə isə Piter Şmeyxeldir- 43 oyun.
Qeyd edək ki, De Xea bu qarşılaşmalardan 46-sını Çempionlar Liqasında, 11-ni Avropa Liqasında, 1-ni isə UEFA Superkubokunda keçirib.