cümə axşamı, 25 iyun 2026

DÜNYA FUTBOLU

“Tottenhem” Milan Şkrinyarı transfer etmək istəyir

03.12.2020 12:47 Oxundu 578

 İtaliyanın “İnter” klubunun futbolçusu Milan Şkrinyar karyerasını İngiltərədə davam etdirə bilər.

“CEMPİON.AZ” xəbər verir ki, slovakiyalı müdafiəçi “Tottenhem”in maraq dairəsinə düşüb.
London təmsilçisi Şkrinyarı qış transfer dövründə heyətinə qatmaq istəyir. Futbolçunun transfer qiyməti 45 milyon funt sterlinqdir. Maliyyə çətinlikləri olan Milan təmsilçisi müdafiəçini satmağa razıdır.

Qeyd edək ki, Şkrinyarın “İnter”lə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.