bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Ardıcıl 5 penaltidən qol vurublar

03.12.2020 13:46 Oxundu 453


"Barselona" Çempionlar Liqasında unikal rekorda imza atıb.

“CEMPİON.AZ” xarici KİV-lərə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ÇL-in qrup mərhələsinin ardıcıl 5 turunda penaltidən qol vuran ilk klub olub. Son olaraq dünən "Ferensvaroş"la matçda (0:3) komandanın hücumçusu Usman Dembele 11 metrlik zərbəni düzgün yerinə yetirib.

Qeyd edək ki, bundan əvvəl kapitan Lionel Messi üç dəfə penaltidən fərqlənib, başqa bir qolun müəllifi Martin Breytueyt olub.