bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Zidanla futbolçular arasında anlaşılmazlıq

03.12.2020 14:25 Oxundu 445

 Son oyunlarda uğursuz çıxış edən İspaniyanın “Real” klubunda qalmaqal baş verib.

“CEMPİON.AZ” xəbər verir ki, Madrid klubunun baş məşqçisi Zinəddin Zidan və futbolçular arasında münaqişə yaşanıb.

Fransalı mütəxəssis Çempionlar Liqasının “Şaxtyor”la (0:2) oyununda Martin Edeqor, Junior Vinisius və Rodriqodan narazı qalıb. Zidanın onlara narazılığını bildirməsi futbolçular tərəfindən müsbət qarşılanmayıb. Paytaxt təmsilçisinin çalışdırıcısının Eden Azarla da münasibətləri korlanıb.
Qeyd edək ki, La Liqanın XII turunda “Real” “Sevilya” ilə üz-üzə gələcək.