şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

“Aston Villa” kapitanına 110 milyon avro qiymət qoydu

03.12.2020 15:18 Oxundu 474

İngiltərənin “Aston Villa” klubu Cek Qrilişin qiymətini müəyyənləşdirib.

“CEMPİON.AZ” xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiəçini 110 milyon avroya satmağa razıdır.
Birminhemlilər kapitanı üçün bir il əvvəl 77 milyon avroya da hazır idi. 25 yaşlı futbolçu “Mançester Siti” və “Mançester Yunayted”in transfer siyahısında yer alıb.

Qeyd edək ki, Cek cari mövsüm Premyer Liqanın 9 oyununda 5 qol vurub.