şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

“4 qol vura bildiyim üçün təsirlənmişəm” - Jiru

03.12.2020 16:23 Oxundu 484

 “Çelsi”nin futbolçusu Oliviye Jiru komandadan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

“CEMPİON.AZ” “Goal”a istinadən xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Sevilya” ilə matçda 4 qol vuran 34 yaşlı hücumçu oyundan sonar açıqlamasında bunları deyib:

“İcazə verin hazırkı vaxtdan və böyük qələbədən zövq alım. Daha sonra bir az fasilə verib, məşqçilərin nə düşündüyünü görəcəyik. 4 qol vura bildiyim üçün təsirlənmişəm. Eyni ruhda davam etməyə çalışacağam. Komandamın qalib gəlməsinə kömək edə bildiyim və 4 qol vurduğum üçün xoşbəxtəm”.

Qeyd edək ki, 5 turdan sonar 13 xal toplayan “Çelsi” növbəti mərhələyə vəsiqəni təqdim edib.