03.12.2020 16:42
478


"Borrusiya"nın (Dortmund) futbolçusu Erlinq Holand zədələnib.
“CEMPİON.AZ” ESPN-ə istinadən xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Latsio" ilə matçda (1:1) sıradan çıxıb. Norveçli hücumçunun zədə səbəbindən bu ilin sonuna kimi oynamayacağı bildirilib.
Qeyd edək ki, 20 yaşlı oyunçu bu mövsüm 14 qarşılaşmada 17 qol vurub, 3 qolun ötürməsini verib.