03.12.2020 18:18
402

"Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə yeni müqavilə imzalamaq üçün danışıqlar aparır.
“CEMPİON.AZ” İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq müqavilənin şərtlərini müzakirə edirlər. Bildirilib ki, 42 yaşlı mütəxəssin maaşı 2,5 milyon avro qədər artımla 2023-cü ilin yayına qədər uzadılacaq.
Onun yaxın günlərdə rəsmi müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Qattuzo 2019-cu ilin dekabrından "Napoli"ni çalışdırır.