bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

“Sən dünyanı ovsunlayan dahi idin” - Pele

03.12.2020 20:45 Oxundu 426
 
Əfsanəvi futbolçu Pele Dieqo Maradonanın ölümündən sonra onun haqda fikirlərini bölüşüb.

“CEMPİON.AZ” xəbər verir ki, 70 yaşlı sabiq  hücumçu öz İnstaqram hesabında bunları yazıb:

“Bu gün ölümündən 7 gün ötür. Çoxları bütün ömrü boyu bizi müqayisə etməyi sevib. Sən dünyanı ovsunlayan dahi idin. Əsl əfsanə, ayağında top olan bir sehirbaz idin. Ancaq hər şeydən əvvəl mənim üçün böyük bir qəlb dostu kimi qalacaqsan. Bu gün başa düşürəm ki, insanlar daha az müqayisə edilsəydi, bir-birlərinə çox heyran olsaydılar, dünya daha yaxşı olardı. Sən müqayisəolunmazsan.

Öz yolunda dürüst idin. Bənzərsiz üslubunla bizə daha çox sevməli olduğumuzu və “səni sevirəm” deməyi öyrətdin. Dünyadan erkən köçməyin bunu sənə deməyimə imkan vermədi. Ona görə də indi söyləyirəm: “Dieqo, səni sevirəm”.

Böyük dostum, hər şey üçün çox sağ ol. Bir gün cənnətdə komanda şəklində birlikdə oynayacağıq. Bu vaxt ilk dəfə qol vurmadan zəfərlə yumruğumu göyə qaldıracağam. Nəhayət, səni yenidən qucaqlaya biləcəyəm”.
Qeyd edək ki, Maradona noyabrın 25-də 60 yaşında ürək tutması səbəbindən dünyasını dəyişib.