bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

"Qarabağ" bir xal qazandı - YENİLƏNİB

03.12.2020 23:52 Oxundu 517

Bu gün Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilir.

"CEMPİON.AZ" xəbər verir ki, təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxıb. Ağdam klubu İstanbulda "Makkabi"ni qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu, təmsilçimizin 2020/2021 mövsümündə Avroliqanın qrup mərhələsində ilk xalı olub.

"Qarabağ" İsraildə Təl-Əviv təmsilçisinə 0:1 hesabı ilə uduzmuşdu.

Paralel keçirilən qrupun digər oyununda "Sivasspor" "Vilyarreal"a məğlub olub - 0:1.

3 dekabr

Avropa Liqası, 5-ci tur

İ qrupu

 21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:
 Yonatan Kohen, 22-pen.(0:1), Xayme Romero, 37 (1:1)
Baş hakim: Robert Hennessi (İrlandiya).
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu.

21:55."Sivasspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya) - 0:1
Qol: Çukvueze, 75
 
1 Vilyarreal
 
5 4 1 0 14 5 13
2 Makkabi (Tel-Əviv) 5 2 2 1 5 7 8
3 Sivasspor 5 2 0 3 9 10 6
4 Qarabağ 5 0 1 4 4 10 1