bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

“Xarakter göstərdik” – “Qarabağ”ın məşqçisi

04.12.2020 00:59 Oxundu 407

 
"Qarabağ"ın məşqçisi Elçin Rəhimov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İstanbulda "Makkabi" ilə heç-heçə etdikləri oyunu (1:1) şərh edib.

“CEMPİON.AZ” xəbər verir ki, o, bu mövsüm qrup mərhələsində ilk xal qazandıqları matçla bağlı deyib:

"Çətin oyun oldu, yaxşı komandaya qarşı oynadıq. Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər".