şənbə, 27 dekabr 2025

DÜNYA FUTBOLU

Həftənin futbolçusu seçilə bilər – Türkiyəli hücumçu

04.12.2020 10:22 Oxundu 488
 
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb.

“CEMPİON.AZ” xəbər verir ki, UEFA qrup mərhələsinin V turunda fərqlənən 4 futbolçunu müəyyənləşdirib.
Bunlar Maqnus Volff Eykrem (“Molde”), Yens Petter Hauqe (“Milan”), Burak Yılmaz (“Lill”) və Qalenodur (“Braqa”). Həftənin oyunçusu azarkeşlər arasında keçirilən səsvermə ilə bəlli olacaq.

Qeyd edək ki, geridə qalan turda Qaleno 1 qol, Eykrem və Hauqe 1 qol, 1 assistlə yadda qalıbsa, Burak aktivinə 2 top yazdırıb.