bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Avropa Liqasında ən çox məğlub olan klub

04.12.2020 10:52 Oxundu 471


Avstriyanın “Rapid” klubu Avropa Liqasında antirekorda imza atıb.

“CEMPİON.AZ” xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox uduzan komanda adına yiyələnib.

Avstriyalılar qrup mərhələsinin V turunda “Arsenal”a məğlub olub. 1:4 hesablı yenilgi “Rapid”in Avropa Liqasında 27-ci məğlubiyyətidir.

Vyanalılar bu göstəricidə Norveç “Rusenborq”unu (26) keçib. Portuqaliya “Sportinq”i və Danimarka “Kopenhagen”i hərəyə 23 dəfə yenilib.