bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Messi gələn il PSJ-də oynayacaq?

04.12.2020 15:23 Oxundu 472


Fransanın "RMC Sport" telekanalı "Barselona"nın kapitanı Lionel Messinin karyerasını PSJ-də davam etdirəcəyini iddia edib.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə telekanalın jurnalisti Daniel Riolo bildirib:  "Messi gələn il PSJ-də olacaq. Mən zarafat etmirəm, kifayət qədər ciddiyəm".

Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun klubu ilə müqaviləsini yeniləməyəcəyi bildirilir.