bazar ertəsi, 18 avqust 2025

BİZİM FUTBOL

Bu gün 4267 yeni yoluxma qeydə alınıb

04.12.2020 16:07 Oxundu 418


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 267 yeni yoluxma faktı qeydə alınıb, 2 566 nəfər sağalaraq evə buraxılıb.

“CEMPİON.AZ” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 138 000 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 83 800 nəfər müalicə olunaraq sağalıb, 1 551 nəfər vəfat edib, aktiv xəstə sayı 52 649 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 808, bu günə qədər isə ümumilikdə 1 797 026 test icra olunub.