bazar ertəsi, 18 avqust 2025

DÜNYA FUTBOLU

Poçettino “Real”a gəlir?

04.12.2020 17:14 Oxundu 468

 "Real" "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ilə əlaqə saxlayıb.

“CEMPİON.AZ” sport.es-ə istinadən xəbər verir ki, Madrid təmsilçisi hazırkı baş məşqçi Zinəddin Zidanın istefası halında argentinalı mütəxəssisdən kluba rəhbərlik etməyə hazır olub-olmadığını soruşub.

Qeyd edək ki, "Real" Çempionlar Liqasının sonuncu turunda Mühnenqladbax "Borussiya"sına qalib gəlməyəcəyi təqdirdə, Zidanın istefaya göndəriləcəyi bildirilir. Madrid klubu hazırda ÇL-də B qrupunda 7 xalla 3-cü pillədə qərarlaşıb.