çərşənbə axşamı, 19 avqust 2025

BİZİM FUTBOL

Koronavirusa görə “Qarabağ” – “Qəbələ” oyunu keçirilməyəcək

05.12.2020 16:37 Oxundu 423

Azərbaycan Premyer Liqasının 12-ci turunda keçiriləcək “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.

“CEMPİON.AZ” xəbər verir ki, bu barədə qərarı Peşəkar Futbol Liqası verib.

“Qarabağ”ın heyətində 7 futbolçuda COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün sabah keçirilməli olan görüş baş tutmayacaq.

Beləliklə, Premyer Liqada 12-ci turun bütün qarşılaşmaları təxirə salınıb.
Bunadək digər üç matç – “Zirə” – “Sumqayıt”, “Neftçi” – “Sabah” və “Keşlə” – “Səbail” qarşılaşmaları da təxirə düşmüşdü.