çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Mançester Yunayted” gənc yarımmüdafiəçi alır

05.12.2020 17:50 Oxundu 423
 
İngiltərənin “Mançester Yunayted” klubunun transfer siyahısındakı daha iki futbolçu müəyyənləşib.

“CEMPİON.AZ”  xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
İtaliya “Atalanta”sında çıxış edən Amad Diallo ilə danışıqların ilkin mərhələsi müsbət nəticə vəd edir. Fil Dişi Sahilindən olan 18 yaşlı yarımmüdafiəçinin keçidi artıq yanvarda reallaşa bilər.

“Lester”in 22 yaşlı futbolçusu Xarvi Barns da mançesterlilərin hədəfindədir. Qiyməti 28 milyon avro olan yarımmüdafiəçi keçidi düyünə düşən Ceydon Sançonun əvəzinə alınacaq.