çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

Zidan komandasına çağırdı

05.12.2020 17:25 Oxundu 420


İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Macarıstan millisinin futbolçusu Dominik Soboslainin transferində israrlıdır.

“CEMPİON.AZ” xəbər verir ki, fransalı mütəxəssis Avstriya “Zalsburq”unda çıxış edən yarımmüdafiəçiyə zəng vuraraq komandasında görmək istədiyini bildirib.

Mütəxəssis 20 yaşlı futbolçunu bu keçidə razı salmağa çalışıb. İspaniya təmsilçisi Dominik və onun klubu ilə razılaşsa, keçid yanvarda reallaşa bilər.

Qeyd edək ki, Soboslai cari mövsüm 17 oyunda 8 qol vurub.