05.12.2020 19:48
467
467

Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Berkay Özcan karyerasını İngiltərədə davam etdirə bilər.
“CEMPİON.AZ” xəbər verir ki, yarımmüdafiəçi “Arsenal”ın maraq dairəsinə düşüb.
London təmsilçisi türkiyəli futbolçunu yanvarda heyətinə qatmağı planlaşdırır. 22 yaşlı yarımmüdafiəçi “topçular”a 3 milyon avroya başa gələcək.
Qeyd edək ki, Berkay cari mövsüm 15 oyun keçirib.