çərşənbə axşamı, 19 avqust 2025

DÜNYA FUTBOLU

“Barselona” məğlub oldu, “Real” və “Atletiko”…

06.12.2020 10:43 Oxundu 405

 İspaniya La Liqasında 12-ci tur davam edir.

“CEMPİON.AZ” xəbər verir ki, lider “Atletiko” öz meydanında “Valyadolid”lə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. “Sevilya”nın qonağı olan “Real” da 3 xala sevinib.
Mövsümə uğursuz başlayan “Barselona” isə “Kadiz”lə görüşdən məğlub ayrılıb - 1:2. “Levante” öz meydanında “Xetafe”ni 3 cavabsız qolla udub.

Qeyd edək ki, turun digər oyunları dekabrın 6-7-də keçiriləcək.

5 dekabr

İspaniya La Liqası, 12-ci tur

“Levante” – “Xetafe” – 3:0
Qollar: Rocer, 5, Qomes, 17, Frutos, 57

“Sevilya” – “Real” – 0:1
Qol: Buno, 56-avtoqol

“Atletiko” – “Valyadolid” – 2:0
Qollar: Lemar, 56, Lorente, 72

“Kadis” – “Barselona” – 2:1
Qollar: Ximenes, 8, Neqredo, 63 – Alkala, 58-avtoqol.

Turnir cədvəlinə 10 oyundan 26 xal toplayan "Atletiko" başçılıq edir. "Real Sostedad" (11 oyun) 24 xalla 2-ci, "Real" (11 oyun) 20 xalla 3-cüdür. "Barselona" (10 oyun) 14 xalla 7-cidir.